Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin yanvar-iyul aylarında xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın həcmi 706,3 mln. manat təşkil edərək əvvəlki ilin müvafiq dövründəkindən 48,2% az olub.
Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən 2009-cu ilin əvvəlindən əsas kapitala yönəldilmiş xarici investisiyanın 618,4 mln. manatı (87,6%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya və Türkiyə investorlarına məxsus olub.
2009-cu ilin yanvar-iyul aylarında əsas kapitala
yönəldilmiş investisiyaların strukturu
(ümumi yekuna görə, faizlə)