Bank Of Baku

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi dəyişməz qalıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi dəyişməz qalıb
# 19 avqust 2009 08:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2009-cu ilin yanvar-iyul ayları üzrə 1,46 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici yanvar-iyun ayları ilə müqayisədə dəyişməz qalıb.

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi hesablanır. Beləliklə, yanvar-iyul ayları üzrə indeks əhalinin gəlirlərinin iki ən əsas xərclər istiqamətlərini 46% üstələdiyini göstərir.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarının yekunlarına görə, alıcılıq qabiliyyəti indeksi 1,46 bəndə, yanvar-mayda 1,43 bəndə, yanvar-apreldə 1,41 bəndə bərabər olub. Beləliklə, son aylarda əhalinin alıcılıq qabiliyyətinin tədricən artması müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR