Bank Of Baku

BVF: Dünya iqtisadiyyatı bərpa olunmağa başlayıb

BVF: Dünya iqtisadiyyatı bərpa olunmağa başlayıb
# 19 avqust 2009 09:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya iqtisadiyyatı yaşadığı ağır böhrandan sonra artıq bərpa olunmağa başlayıb. «APA-Economics»in məlumatına görə, bu fikri Beynəlxalq Valyuta Fondunun (BVF) baş iqtisadçısı Olivye Blanşar səsləndirərək, bəyan edib ki, böhranın mənfi nəticələri istehlakçı və sahibkarları hələ uzun müddət ərzində narahat edəcəyinə görə, iqtisadiyyatın bərpası prosesi də asan keçməyəcək.

O.Blanşar dünya liderlərini milli iqtisadiyyatların stimullaşdırılması proqramlarından hələlik imtina etməyə və həmin proqramları bu ölkələrin iqtisadiyyatları artım başlayana qədər qüvvədə saxlamağa cağırıb.

Qeyd edək ki, BVF iqtisadçısının dünya iqtisadiyyatının bərpasına dair səsləndirdiyi zəruri şərtlər maraqlıdır. Belə ki, O.Blanşarın fikrincə, «dünya iqtisadiyyatının artım templərini yalnız ABŞ tərəfindən mal ixracı, Asiya bazarı tərəfindən isə idxal artırılacağı təqdirdə sabit saxlamaq mümkün olacaq». Eyni zamanda, O.Blanşar ABŞ, Çin və digər iri dövlətlərdə daxili istehlakın stimullaşdırılmasını vacib sayır. Bunun üçün isə müxtəlif sosial proqramların, istehlak kreditləşməsinin genişləndirilməsi zəruridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR