Bank Of Baku

Azərbaycanda RSI indeksi iyulda artıb

Azərbaycanda RSI indeksi iyulda artıb
# 19 avqust 2009 11:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2009-cu ilin iyul ayı üzrə 101,8% təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks iyun ayında 99,3%-ə bərabər olub ki, bu da həmin makroiqtisadi göstəricinin iyul ayında 2,5 faiz bəndi artması deməkdir.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni göstəricisinə nisbəti kimi hesablanır. Beləliklə, cari ilin iyul ayında ümumi pərakəndə dövriyyəsi 954 mln. manat, iyun ayında 937,1 mln. manat, may ayında isə 943,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR