Bank Of Baku

Azərbaycan İpoteka Fondu avqustun 24-də daha 5 mln. manatlıq istiqrazlarını birjada hərraca çıxaracaq

Azərbaycan İpoteka Fondu avqustun 24-də daha 5 mln. manatlıq istiqrazlarını birjada hərraca çıxaracaq
# 20 avqust 2009 10:43 (UTC +04:00)
AİF-dən «APA-Economics»ə verilən məlumata görə, hərraca 5 mln. manat həcmində istiqraz çıxarılacaq. İstiqrazlar cari qiymətlə (100,5750%

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqustun 24-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, hərraca 5 mln. manat həcmində istiqraz çıxarılacaq. İstiqrazlar cari qiymətlə (100,5750%) satışa çıxarılacaq. İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nın üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilər.

İstiqraz buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2016-cı ilin mayın 10-da icra olunacaq. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində Azərbaycan Mərkəzi Bankı çıxış edəcək.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 2009-cu ilin mayın 29-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 55 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə illik 3% təşkil edir.

Xatırladaq ki, ümumiyyətlə, bu istiqrazların yerləşdirilməsinə cari ilin iyunun 16-da başlanılıb və hərraclarda bu günədək 25 mln. manat həcmində istiqraz yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR