Bank Of Baku

«Azərdəmiryolbank» mebel kreditləri proqramının əhatə dairəsini genişləndirir

«Azərdəmiryolbank» mebel kreditləri proqramının əhatə dairəsini genişləndirir
# 20 avqust 2009 10:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankı (SKB) və «Embawood» mebel şirkətinin «Mebel kreditləri» birgə layihəsinə «Azərdəmiryolbank»ın daha 5 filialı qoşulub.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, nəticədə, Bakı və regionlarda «Embawood» mebellərinin kreditləşməsini həyata keçirən filialların sayı 15-ə çatıb.

Hazırda Bankın Bakı şəhərində Bayıl, Biləcəri, Nizami, Nərimanov, Sabunçu, Yasamal, Xətai, Xəzər filialları, regionlarda isə Bərdə, Qazax, Quba, Gəncə, Göyçay, Masallı və Şəki filialları mebellərin kreditləşməsini həyata keçirir.

«Cari ilin aprel ayında başlamış «Embawood» mebel şirkəti ilə əməkdaşlığımız, əhaliyə kreditlə mebel almaq üçün geniş imkanlar yaradır», - deyə Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

Qeyd edək ki, mebel kreditləri 18 ay müddətinə, illik 25% dərəcəsi ilə 300 manatdan 3 000 manatadək məbləğdə əlavə komissiya olmadan verilir. Mebel kreditinin alınması üçün iş yerindən arayış zəruridir. Aprel ayından bu günədək 1 000-dək ölkə vətəndaşı Bankın mebel kreditlərindən yararlanıb.

Xatırladaq ki, «Azərdəmiryolbank» SKB-nin 850-yə yaxın səhmdarı mövcuddur. Nizamnamə kapitalında «25%+1 səhm» paketi Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. Bank 1989-cu ildə təsis edilib və hazırda respublika üzrə 29 filialı, 40 bankomatı və 240 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR