Bank Of Baku

«Bank Standard» bu il dövlət vəsaiti hesabına 45 ipoteka krediti ayırıb

«Bank Standard» bu il dövlət vəsaiti hesabına 45 ipoteka krediti ayırıb
# 20 avqust 2009 11:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda ipoteka kreditləşməsi proqramı bərpa olunduqdan sonra «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) olan Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 45 ipoteka krediti verib.

«Bank Standard»dan «APA-Economics»ə verilən məlumata görə, bu kreditlər vasitəsilə alınan mənzillərin 40%-i ilkin, 60%-i isə təkrar əmlak bazarında əldə olunub. Hazırda «Bank Standard» yaşayış sahəsinin alınması məqsədilə kredit ayrılması üçün edilmiş 115 müraciətdən 60-na müsbət cavab verib. Bu məqsədlə verilmiş kreditlərin sayı 45, ümumi məbləği isə 1,880 mln. manat təşkil edib. Bu kreditlərdən ümumi məbləği 171 min manat olan 5 kredit güzəştli (sosial) şərtlərlə gənc ailələrə və hərbçilərə verilib.

AİF-in vəsaiti hesabına maliyyələşən ipoteka kreditləri «Bank Standard» tərəfindən Azərbaycan vətəndaşlarına milli valyutada, daşınmaz əmlakın girovu ilə təmin olunması şərtilə illik 8%-lə 25 ilədək müddətə verilir. Güzəştli ipoteka kreditləri isə illik 4% olmaqla 35 il müddətinədək rəsmiləşdirilir.

Qeyd edək ki, «Bank Standard» AİF-in müvəkkil banklarının siyahısına həmin fondun fəaliyyətə başladığı vaxtdan daxil olub. Əməkdaşlıq dövrü ərzində bank tərəfindən dövlət proqramları çərçivəsində cəmi 12 mln. manat həcmində 312 ipoteka krediti, o cümlədən 564 min manat həcmində 18 güzəştli ipoteka krediti rəsmiləşib.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bu ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 523,721 mln. manta, depozit portfeli 158,949 mln. manat, kredit portfeli 358,368 mln. manat, məcmu kapitalı 85,190 mln. manata, o cümlədən, nizamnamə kapitalı 64,56 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 17 filialı, 51 bankomatı və 442 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR