Bank Of Baku

«Merrill Lynch»: İnvestorların nikbinliyi son 6 ildə ən yüksək həddə çatıb

«Merrill Lynch»: İnvestorların nikbinliyi son 6 ildə ən yüksək həddə çatıb
# 20 avqust 2009 13:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya iqtisadiyyatının gələcəyi ilə bağlı investorların nikbinliyi son 6 ildə ən yüksək həddə çatıb. «APA-Economics»in məlumatına görə, beynəlxalq konsaltinq və idarəetmə şirkəti olan «Merrill Lynch» tərəfindən aktivlərin idarəediciləri arasında avqust ayında apardığı sorğuya əsasən, hazırda investorlar yenidən öz portfellərində qiymətli kağızların payını artırır.

Sorğu nəticəsində məlum olub ki, respondentlərin 75%-i dünya iqtisadiyyatının vəziyyətinin yaxın 12 ay ərzində yaxşılaşacağına inanır ki, bu göstərici 2003-cü ildən sonra ən yüksək hesab olunur. Qeyd edək ki, iyulda bu göstərici 63% təşkil edib. Sorğuya əsasən, investorların portfelində nağd aktivlərin payı iyuldakı 4,7%-dən 3,5%-dək enib, səhmlərin payı isə ay ərzində 7%-dən 34%-dək artıb.

İnvestorlar arasında ən yüksək tələbat Çin şirkətləri və İT şirkətlərinin səhmləri üzrə müşahidə olunur. Yaxın gələcəkdə isə Yaponiya və Avropa, həmçinin Qərb banklarının səhmlərinə investisiya axınının artacağı gözlənilir. Eyni zamanda, sorğuda iştirak edənlərin 33%-i öz portfelində inkişafda olan bazarların payını artırmaq niyyətini açıqlayıb.

Sorğu nəticəsində daha bir maraqlı məqam açıqlanıb. Belə ki, iyul ayında respondentlərin 30%-i Avropa şirkətlərinin səhmlərinin öz portfellərində olan xüsusi çəkisinin azaldılması barədə düşünürdüsə, avqustda bu göstərici cəmi 2% olub. Ümumilikdə isə, Avrozona iqtisadiyyatının vəziyyətinin yaxın bir ildə yaxşılaşacağına inananların sayı sorğuda iştirak edənlərin 66%-nə bərabər olub, halbuki bir ay əvvəl bu göstərici cəmi 34% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR