Bank Of Baku

«Başak-İnam» sığorta şirkəti avqustun 31-də yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Başak-İnam» sığorta şirkəti avqustun 31-də yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 20 avqust 2009 15:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayının 31-də «Başak-İnam Sığorta Şirkəti» Açıq Səhmdar Cəmiyyətinin sənədli adlı adi səhmlərinin Bakı Fond Birjasında (BFB) yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 5 000 ədəd, emissiyanın ümumi həcmi isə 1 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə yerləşdirilməsi planlaşdırılır. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində «Çelsi Kapital» MMC çıxış edəcək.

Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 2 dəfə artaraq 2 mln. manata çatacaq.

Qeyd edək ki, «Başak-İnam» sığorta şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Türkiyənin «Başak Group AMA» (49%), Azərbaycanın «Turan Bank» (15%), «Azər-Türk Bank» (10%) və yerli fiziki şəxslər (26%) çıxış edir. Bu ilin iyun ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib. Hazırda şirkət 4 icbari və 27 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR