Bank Of Baku

Azərbaycanda korporativ qiymətli kağızlar bazarının həcmi yanvar-iyul aylarında 28% artıb

Azərbaycanda korporativ qiymətli kağızlar bazarının həcmi yanvar-iyul aylarında 28% artıb
# 21 avqust 2009 07:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın korporativ qiymətli kağızlar bazarında ötən ilin analoji dövrü ilə müqayisədə 28 faiz artım müşahidə olunub.

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə əqdlərin sayının 35% azalmasına baxmayaraq, korporativ qiymətli kağızların həcmi 28% artaraq 261 771 916 manata çatıb. İlkin bazarın payına 128 620 247 manat, təkrar bazarın payına isə 29 607 156 manat düşüb. Korporativ səhmlər üzrə birjadankənar keçirilən əqdlərin sayı 7,8 dəfə, həcmi isə 51% azalıb. Korporativ istiqrazlara gəldikdə isə, cari ilin yanvar-iyul aylarında korporativ istiqrazlar üzrə qeydə alınan əqdlərin həcmi 45% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR