Bank Of Baku

Azərbaycanın dövlət qiymətli kağızlar bazarında kəskin azalma müşahidə olunub

Azərbaycanın dövlət qiymətli kağızlar bazarında kəskin azalma müşahidə olunub
# 21 avqust 2009 08:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət qiymətli kağızlar bazarında kəskin azalma müşahidə olunub.

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ötən ilin yanvar-iyul ayları ilə müqayisədə dövlət qiymətli kağızları üzrə qeydə alınan əqdlərin sayı və həcmi 2 dəfə azalıb. Belə ki, cari ilin ilk yeddi ayında dövlət qiymətli kağızları üzrə bağlanılan əqdlərin sayı 672 ədəd, həcmi isə 2 445 239 631 manat təşkil edib. Buna baxmayaraq dövlət istiqrazları 2,2 dəfə%, o cümlədən ilkin bazarda qeydə alınan dövlət kağızlarının yerləşdirilməsi 68%, təkrar bazarda isə 5,5 dəfə artıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) notlarına gəldikdə isə, hesabat dövründə notların həcmi 4,6 dəfə azalıb, o cümlədən ilkin bazarda 4,6 dəfə, təkrar bazarda isə 4,8 dəfə azalıb. Bundan başqa, yanvar-iyulda repo və əks repo üzrə qeydə alınan əqdlərin həcmi də təxminən 2 dəfə azalıb ki, bunlar da əsasən AMB-nın repo və əks repo əqdləridir. Dövlət istiqrazları üzrə qeydə alınan repo/əks repo əqdlərinin həcmi isə hesabat dövründə 2,8 ədəfə artaraq 24 894 275 manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR