Bank Of Baku

Azərbaycanda keçirilən lotereyaların sayı ötən ilin müvafiq dövrünə nisbətən 6,5% artıb

Azərbaycanda keçirilən lotereyaların sayı ötən ilin müvafiq dövrünə nisbətən 6,5% artıb
# 21 avqust 2009 10:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yeddi ayı ərzində Azərbaycanda keçirilən lotereyaların sayı ötən ilin müvafiq dövrünə nisbətən 6,5% artıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə «Azərlotoreya» Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilən lotereya tirajlarının sayı 8-ə bərabər olub ki, bu da, ötən ildəkindən 33,3% çoxdur. Bundan başqa, yanvar-iyulda 41 stimullaşdırıcı lotereya da keçirilib və ötən ilin analoji dövrü ilə müqayisədə stimullaşdırıcı lotereyaların sayı 2,5% artıb.
Ümumiyyətlə, keçirilən lotereyalar zamanı 5 qanun pozuntusuna yol verilib ki, bunun da nəticəsində 1 000 manat dəyərində cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR