Bank Of Baku

«ABB-Moskva» bankı «eToken PRO» təhlükəsizlik proqramını beynəlxalq pul köçürmələrində istifadə edəcək

«ABB-Moskva» bankı  «eToken PRO» təhlükəsizlik proqramını beynəlxalq pul köçürmələrində istifadə edəcək
# 21 avqust 2009 12:21 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Azərbaycan Beynəlxalq Bankı-Moskva» Səhmdar Kommersiya Bankı «Alladin» şirkətinin «eToken PRO» açar daşıyıcılarını özünün bank-müştəri sistemində təhlükəsizliyi təmin etməklə yanaşı digər sistemlərində də istifadə etməyi planlaşdırır.

«APA-Economics»in məlumatına görə, «eToken» vasitəsi ilə bankın həyata keçirdiyi beynəlxalq pul köçürmələri sistemində istifadəçilərin sərt autensifikasiyasını təmin etmək məsələsi müzakirə olunur.

Qeyd edək ki, bu yaxınlarda «ABB-Moskva» bank-müştəri sistemində təhlükəsizliyi təmin etmək məqsədi ilə Rusiyanın aparıcı autensifikasiya vasitələri, informasiya təhlükəsizliyi üzrə həll və məhsulların yaradıcısı və təchizatçısı olan «Alladin» şirkətinin «eToken» təhlükəsiz açar daşıyıcılarının istifadəsinə keçib. Bu sistem hazırda bankın təqdim etdiyi internet xidmətlərində istifadə olunur.

Ekspertlərin rəyinə görə, məsafəli bank xidmətlərinin göstərilməsi sistemlərində əsasən zəif bənd istifadəçinin əsas məlumatlarının qorunmasını, həyata keçirilən tranzaksiyaların müəllifliyini təsdiqləyən elektron imza vasitəsi ilə təmin etməkdir. Bağlı (məxfi) e-imzanı Rusiya qanunvericiliyinə əsasən, qizli saxlanılmalıdır, lakin o, çox vaxt adi disketə, «Touch Memory»-yə və digər təhlükəli daşıyıcılara yazılır. Müasir banklar xidmətlərin təhlükəsizliyini tələb olunan səviyyədə təmin etmək məqsədi ilə e-imza üzərində qurulmuş ixtisaslaşdırılmış şəxsi daşıyıcılara keçirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR