Bank Of Baku

ABŞ-da bağlanan bankların sayı 81-ə çatıb

ABŞ-da bağlanan bankların sayı 81-ə çatıb
# 22 avqust 2009 07:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 21-də ABŞ-da daha 4 kommersiya bankı bağlanıb. Bunun nəticəsində 2009-cu ildə ölkədə bağlanan bankların ümumi sayı 81-ə çatıb. «APA-Economics»in məlumatına görə, bu göstərici ötən illə müqayisədə 3 dəfədən çox artıqdır. Belə ki, 2008-ci ildə ABŞ-da 25 bank bağlanıb. Müqayisə üçün qeyd edək ki, 2007-ci ildə cəmi 3 bank fəaliyyətini dayandırıb.

Avqustun 21-də bağlanan «Guaranty Bank» (Texas ştatı) cari ildə bağlanan banklar arasında aktivlərin həcminə görə ikinci ən iri bank təşkilatıdır. Xatırladaq ki, bu il bağlanan ən iri bank (avqustun 14-də) «Colonial BancGroup» olub. Bu bankın aktivləri 25 mlrd. dollar təşkil edib. «Guaranty Bank»ın aktivləri isə 13 mlrd. dollara bərabərdir.

«Guaranty Bank»dan başqa avqustun 21-də daha üç kiçik regional bank təşkilatı – «CapitalSouth», «First Coweta» və «ebank» fəaliyyətini dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR