Bank Of Baku

«Zamin Bank»ın yeni filialı açılıb

«Zamin Bank»ın yeni filialı açılıb
# 24 avqust 2009 09:23 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynalov - APA. Azərbaycanın «Zamin Bank» Səhmdar Kommersiya Bankının (SKB) daha bir regional filialı istifadəyə verilib.

Şirvan şəhərində açılan Bankın yeni filialından APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Şirvanda açılan yeni filial bütün növ bank xidmətləri göstərəcək. Belə ki, filial vasitəsi müştərilər hesablaşma-kassa hesabı, pulköçürmələr əməliyyatları, depozit və kredit əməliyyatları, valyuta mübadiləsi və digər bank əməliyyatları həyata keçirə bilərlər.

Qeyd edək ki, «Zamin Bank» SKB 1992-ci ilin noyabrında yaradılıb. Bankın respublika üzrə 30-a yaxın filialı, həmçinin, 6 şöbəsi, Rusiyada «Moskva» nümayəndəliyi, 4 bankomatı və 1 870 POS-terminalı fəaliyyət göstərir. Bu ilin aprelin 1-nə bankın aktivlərinin həcmi 136,403 mln. manat, depozit portfeli 66,255 mln. manat, kredit portfeli 82,288 mln. manat, məcmu kapitalı 13,732 mln. manat, o cümlədən, nizamnamə kapitalı 11,195 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR