Bank Of Baku

Azərbaycanın neft-qaz sektorunda istifadə edilmiş birbaşa xarici investisiyaların həcmi 36% azalıb

Azərbaycanın neft-qaz sektorunda istifadə edilmiş birbaşa xarici investisiyaların həcmi 36% azalıb
# 24 avqust 2009 11:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Azərbaycan iqtisadiyyatına 1 970,7 mln. ABŞ dolları həcmində xarici investisiya yönəldilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sərmayələrin 1,4 mlrd. dolları və ya 71,6%-i birbaşa investisiyalar, 559,1 mln. dolları isə kreditlər və digər investisiyalar şəklində daxil edilib. Bu dövrdə neft-qaz sektorunda istifadə edilmiş birbaşa xarici investisiyaların həcmi əvvəlki ildəkinə nisbətən 35,5% azalıb, onun birbaşa investisiyaların ümumi həcmində xüsusi çəkisi isə 75,2% təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Dünya Bankı, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı kimi maliyyə institutları tərəfindən Azərbaycana yatırılan investisiyaların həcmi azalsa da, cari ilin ilk altı ayı ərzində bu təşkilatlar tərəfindən Azərbaycan hökumətinə müxtəlif layihələrin icrasına kreditlər ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR