Bank Of Baku

Azərbaycan İpoteka Fondu daha 5 mln. manatlıq istiqraz yerləşdirib

Azərbaycan İpoteka Fondu daha 5 mln. manatlıq istiqraz yerləşdirib
# 24 avqust 2009 12:53 (UTC +04:00)
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hərraca 5 mln. manat həcmində istiqraz çıxarılıb. Hərracda sifarişlər 2 investor tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 7,949 mln. manat təşkil edib. Sifarişlər 100,5750% qiyməti ilə təqdim olunub. istiqrazların nominal üzrə reallaşdırılmış həcmi isə faktiki olaraq 5 mln. manat məbləğində müəyyən edilib

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hərraca 5 mln. manat həcmində istiqraz çıxarılıb. Hərracda sifarişlər 2 investor tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 7,949 mln. manat təşkil edib. Sifarişlər 100,5750% qiyməti ilə təqdim olunub. istiqrazların nominal üzrə reallaşdırılmış həcmi isə faktiki olaraq 5 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, istiqraz üzrə öhdəliklər emitent tərəfindən 2016-cı ilin mayın 10-da icra olunacaq.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 2009-cu ilin mayın 29-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 55 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə 3% təşkil edir.

Xatırladaq ki, ümumiyyətlə, bu istiqrazların yerləşdirilməsinə cari ilin iyunun 16-da başlanılıb və hərraclarda bu günədək 25 mln. manat həcmində istiqraz yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR