Bank Of Baku

Naxçıvanda pullu hərrac keçiriləcək

Naxçıvanda  pullu hərrac keçiriləcək
# 25 avqust 2009 13:28 (UTC +04:00)
Naxçıvan-APA. Gələn ay Naxçıvanda pullu hərrac keçiriləcək. Naxçıvan MR Auksion Mərkəzindən APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, auksionda sifarişi və digər zəruri sənədləri təqdim edən hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər 15 sentyabr 2009-cu ilədək Naxçıvan MR Auksion Mərkəzində qəbul ediləcək.

Pul hərracına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10 faizi məbləğində beh 15 sentyabradək Naxçıvan MR İqtisadi İnkişaf Nairliyinin Naxçıvan MR Mərkəzi Bankındakı hesabına ödənilməlidir. Qeyd edək ki, pullu hərraca Culfa “Yaycı-Şərab” Açıq Səhmdar Cəmiyyəti çıxarılıb. Pullu hərrac 23 sentyabr 2009-cu ildə Naxçıvan MR Auksion Mərkəzində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR