Bank Of Baku

«Azərdəmiryolbank» gələn ay brendin dəyişdirilməsi məsələsinə baxacaq

«Azərdəmiryolbank» gələn ay brendin dəyişdirilməsi məsələsinə baxacaq
# 26 avqust 2009 08:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 24-də Azərbaycanın «Azərdəmiryolbank» Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, yığıncağın gündəliyinə Bankın adının dəyişdirilməsi və İdarə Heyətinin tərkibində dəyişikliklərin aparılması daxildir.

Qeyd edək ki, «Azərdəmiryolbank» ASC 1989-cu ildə təsis edilib. Bankın 850-yə yaxın səhmdarı mövcuddur. Nizamnamə kapitalında «25%+1 səhm» paketi Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur.

Cari ilin iyul ayının 1-nə Bankın aktivlərinin həcmi 215,4 mln. manat, kredit portfeli 163,5 mln. manat, məcmu kapitalı 39,7 mln. manat, o cümlədən, nizamnamə kapitalı 13,4 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 29 filialı, 40 bankomatı və 240 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR