Bank Of Baku

Naxçıvan MR Dövlət Gömrük Komitəsi planlaşdırılmış proqnoz tapşırığına 148,1 faiz əməl edib

Naxçıvan MR Dövlət Gömrük Komitəsi planlaşdırılmış proqnoz tapşırığına 148,1 faiz əməl edib
# 26 avqust 2009 08:53 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov – APA. Naxçıvan MR Dövlət Gömrük Komitəsi planlaşdırılmış proqnoz tapşırığına 148,1 faiz əməl edib. Komitədən APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, 1 milyon 399 min 800 manat proqnoz tapşırığına qarşı 2 milyon 73 min 169 manat toplanaraq büdcəyə köçürülüb. Büdcəyə köçürülən vergi və rüsumlar keçən ilin müvafiq dövrü ilə müqayisədə 173 min 54 manat və ya 9,1 faiz çox olub.
Sərhəd-keçid məntəqələrində keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətlərinin komitəyə həvalə olunması bu sahədə yeni mərhələnin əsasını qoyub.
Komitədən o da bildirilib ki, A (H1N1) virusunun (“donuz qripi”nin) muxtar respublikaya keçməsinin qarşısının alınması məqsədilə sərhəd-keçid məntəqələrində ehtiyat tədbirlər görülüb. Belə ki, infeksiyanın olduğu bildirilən ölkələrdən gələn sərnişinlərin və nəqliyyat vasitələrinin üzərində xüsusi təlimata əsasən gömrük nəzarətinin həyata keçirilməsi təmin olunub.
Gömrük əməkdaşları tərəfindən keçirilən reydlər zamanı insanların həyat və sağlamlığı üçün təhlükə törədə bilən, istehlak müddəti bitmiş, istifadəyə yararsız 5840 manat dəyərində əmtəə müsadirə olunub, 2468 manat dəyərində malın isə muxtar respublikaya satış məqsədilə keçirilməsinin qarşısı alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR