Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsi üzrə müsbət saldo kəskin azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsi üzrə müsbət saldo kəskin azalıb
# 26 avqust 2009 09:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın rezident və qeyri-rezidentləri tərəfindən 126 ölkə ilə apardığı ticarət əməliyyatlarının həcmi 10 379 551,3 min ABŞ dolları təşkil edib. Bunun 7 141 651,2 min dolları 1 597 adda maldan ibarət olan ixrac, 3 237 900,2 min dolları isə 5 155 adda maldan ibarət olan idxal əməliyyatlarının payına düşür. Nəticədə, ixrac-idxal əməliyyatları üzrə 3 903 751,0 min dollarlıq müsbət saldo yaranıb.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ilin ilk 7 ayına nisbətən ixracın həcmi 79,40%, idxal 17,16%, müsbət saldo isə 9,51 dəfə azalıb.

Komitədən həmçinin bildirilib ki, hesabat dövründə Azərbaycana 16 618,9 min dollar dəyərində 785,5 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olub.

Müvəqqəti ixrac rejimində ölkədən 86 451,4 min dollar dəyərində mal ixrac edilib, 310 776,1 min dollar dəyərində mal isə Azərbaycana müvəqqəti idxal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR