Bank Of Baku

«Parabank» son bir ildə aktivlərini 33% artırıb

«Parabank» son bir ildə aktivlərini 33% artırıb
# 26 avqust 2009 10:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Parabank» ASC-nin aktivləri son bir ildə 32,6% artaraq 2009-cu ilin iyul ayının 1-nə 74,852 mln. manat təşkil edib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfelinin həcmi 48,325 mln. manata bərabər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,5% çoxdur. Kredit portfelində 27,695 mln. manat istehlak kreditlərinin payına düşür. İstehlak kreditlərinin illik artım tempi isə 7,9 dəfə təşkil edib.

«Parabank»ın depozit portfeli isə iyulun 1-nə 45,093 mln. manata bərabər olub ki, bu da son bir ildə 48,4%-lik artım deməkdir.

Cari ilin birinci yarımilliyində bankın əldə etdiyi gəlirlərin həcmi 6,179 mln. manata (artım – 40,9%), xərcləri isə 6,043 mln. manata (22%) bərabər olub. Beləliklə, bankın mənfəəti 135,91 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin birinci yarısında bank 555,94 min manat həcmində zərərlə üzləşib.

Son bir ildə bankın məcmu kapitalı 3,8% azalaraq iyulun 1-nə 11,506 mln. manata, o cümlədən, nizamnamə kapitalı 7,2% artaraq 10,070 mln. manata çatıb.

İkinci yarımilliyin əvvəlinə «Parabank»ın 15 filialı, 10 bankomatı və 127 POS-terminalı fəaliyyət göstərib. Qeyd edək ki, il ərzində filialların sayı 1,9 dəfə, bankomatları sayı 25%, POS-terminalların sayı isə 51% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR