Bank Of Baku

«Azərdəmiryolbank» son bir ildə aktivlərini 11% artırıb

«Azərdəmiryolbank» son bir ildə aktivlərini 11% artırıb
# 26 avqust 2009 11:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin avqust ayının 1-nə 223,9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,5 mln. manat və ya 11,2% çoxdur. «Azərdəmiryolbank»dan «APA-Economics»ə verilən məlumata əsasən, hesabat dövründə bankın kredit portfelinin həcmi 166,4 mln. manata çatıb.

Bankda yerləşdirilmiş müştəri depozitlərinin həcmi isə avqustun 1-nə 63,1 mln. manat olub ki, bu da müqayisə edilən müvafiq göstəricidən 23% və ya 11,8 mln. manat çoxdur. Əhalinin əmanətlərinin həcmi son bir ildə 15 mln. manat və ya 38,8% artaraq 53,8 mln. manat təşkil edib.

Avqustun 1-nə Bankın nizamnamə kapitalı 16,4 mln. manat, məcmu kapitalı isə 39,6 mln. manat təşkil edib.

Qeyd edək ki, «Azərdəmiryolbank» ASC 1989-cu ildə təsis edilib. Bankın 850-yə yaxın səhmdarı mövcuddur. Nizamnamə kapitalında «25%+1 səhm» paketi Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR