Qeyd edək ki, manatın nominal effektiv məzənnəsi Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrin dəyişməsinin ticarət xüsusi çəkiləri nəzərə alınmaqla həndəsi ortasını əks etdirir.
Mərkəzi Bankın hesablamaları göstərir ki, 2009-cu ilin yanvar-iyul ayları ərzində qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə ümumi ticarət dövriyyəsi, idxal, həmçinin ixrac çəkili müvafiq olaraq 4%, 3,5% və 6,4%, əvvəlki aya nisbətən isə müvafiq olaraq 0,3%, 0,2% və 0,8% bahalaşıb.
Ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli real məzənnələrin dəyişməsinin ticarət xüsusi çəkiləri nəzərə alınmaqla həndəsi ortasını əks etdirən manatın real effektiv məzənnəsi isə 2009-cu ilin yanvar-iyul aylarında ümumi ticarət dövriyyəsi üzrə 4,2%, idxal çəkili 3,6%, ixrac çəkili 4,6% ucuzlaşıb. İyun ayına nisbətən isə müvafiq olaraq 0,8%, 0,9% və 0,9% bahalaşma qeydə alınıb. Qeyri-neft sektoru üzrə real effektiv məzənnə ümumi ticarət dövriyyəsi üzrə 2,3%, idxal çəkili 2,6%, ixrac çəkili 1,4% ucuzlaşıb, əvvəlki aya nisbətən isə müvafiq olaraq 1%, 1% və 1,3% bahalaşma müşahidə olunub.
Azərbaycanın xarici ticarət şəraitini xarakterizə edən indekslər (%)
| Nominal effektiv məzənnə indeksi | Real effektiv məzənnə indeksi | ||||
| Ticarət dövriyyəsi üzrə | İdxal üzrə | İxrac üzrə | Ticarət dövriyyəsi üzrə | İdxal üzrə | İxrac üzrə |
Dekabr 2008 | 100 | 100 | 100 | 100 | 100 | 100 |
Yanvar | 103.0 | 104.0 | 102.2 | 102.0 | 102.6 | 101.5 |
Fevral | 107.9 | 109.3 | 106.6 | 105.5 | 106.6 | 104.7 |
Mart | 107.9 | 109.7 | 106.4 | 104.2 | 105.2 | 103.3 |
Aprel | 106.0 | 107.4 | 104.8 | 101.8 | 102.4 | 101.1 |
May | 102.9 | 104.1 | 101.8 | 98.2 | 98.6 | 97.7 |
İyun | 100.5 | 101.7 | 99.5 | 95.0 | 95.5 | 94.6 |
İyul | 100.4 | 101.7 | 99.3 | 95.8 | 96.4 | 95.4 |
Mərkəzi Bankın hesablamalarına görə, yanvar-iyul aylarında ümumi ticarət dövriyyəsi üzrə real effektiv məzənnəyə nominal valyuta məzənnələrinin dinamikası artırıcı, qiymətlərin dinamikası isə azaldıcı təsir göstərib.