Bank Of Baku

Azərbaycan Ümumdünya İqtisadi Forumun reytinqində Ukrayna, Rusiya və Qazaxıstanı qabaqlayıb

Azərbaycan Ümumdünya İqtisadi Forumun reytinqində Ukrayna, Rusiya və Qazaxıstanı qabaqlayıb
# 27 avqust 2009 09:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ümumdünya İqtisadi Forum (World Economic Forum) tərəfindən hazırlanmış ölkələrin beynəlxalq ticarət sisteminə inteqrasiya indeksi reytinqində Azərbaycan Ukrayna, Rusiya, Qazaxıstan, Braziliya, Argentina kimi ölkələri geridə qoyub.

«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, beynəlxalq ticarət sisteminə inteqrasiya səviyyəsinə görə Azərbaycan 3,77 indeksi ilə 121 ölkə arasında 70-ci yerə layiq görülüb. Həmin siyahıda Ukrayna 3,76 indeksi ilə 71-ci, Braziliya 3,58 indeksi ilə 87-ci, Qazaxıstan 3,49 indeksi ilə 93-cü, Argentina 3,46 indeksi ilə 97-ci, Rusiya isə 3,29 indeksi ilə 109-cu yerdə qərarlaşıb.

Siyahıda həmçinin ölkələrin daxili və xarici bazarlara çıxışı, gömrük orqanlarının effektiv işləməsi, nəqliyyat və kommunikasiya infrastrukturu, həmçinin biznes mühitinin indeksləri və yerləri müəyyənləşib.

Nəticədə, Azərbaycan daxili və xarici bazarlara çıxışı səviyyəsinə görə 4,07 indeksi ilə 52-ci yerdə, gömrük orqanlarının effektiv işləməsi səviyyəsinə görə 2,91 indeksi ilə 103-cü yerdə, nəqliyyat və kommunikasiya infrastrukturu səviyyəsinə görə 3,40 indeksi ilə 62-ci yerdə, biznes mühitinin səviyyəsinə görə isə 4,68 indeksi ilə 46-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, reytinqin ilk onluğunda Sinqapur, Honkonq (Çin), İsveçrə, Danimarka, İsveç, Kanada, Norveç, Finlandiya, Avstriya və Niderland yer alıb.

Gürcüstan, Ermənistan, Türkmənistan və Belarus kimi ölkələr siyahıda ümumiyyətlə yer almayıb. Qonşu Türkiyə isə reytinqdə 4,19 indeksi ilə 48-ci yerdə qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR