Bank Of Baku

«AzSığorta» şirkəti yenilənmiş veb-saytını istifadəyə verib

«AzSığorta» şirkəti yenilənmiş veb-saytını istifadəyə verib
# 27 avqust 2009 11:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «AzSığorta» sığorta şirkəti yenilənmiş internet səhifəsini istifadəçilərin və müştərilərin xidmətinə təqdim edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, www.azinsurance.eu ünvanında yerləşən sayta şirkət, onun filialları və xidmətləri haqqında məlumatlarla yanaşı, hər gün yenilənən sığorta xəbərləri rubrikası, sığorta qanunvericiliyi bölməsi, sığorta bazarı haqqında və s. məlumatlar yerləşdirilib.

Qeyd edək ki, şirkət tərəfindən yaradılan internet sığortaçılıq xidmətlərini, o cümlədən on-line sığorta haqqı ödəmə sistemini ehtiva edən www.e-insurance.az səhifəsi də yeni internet-sayta daxil edilib. Sayt vasitəsi ilə istifadəçilər həmçinin «AZSIĞORTA» jurnalının elektron versiyasını oxuya, forumlarda iştirak və on-line konfransları təşkil edə bilərlər.

Xatırladaq ki, «AzSığorta» şirkətinin bu ilin yanvar-iyun ayları üzrə daxilolmalarının həcmi 5,560 mln. manat təşkil edib və bu, ötən ilin analoji dövrü ilə müqayisədə 17,5% çoxdur. Yanvar-iyun aylarında şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi isə 1,952 mln. manat olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

«AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayından fəaliyyətə başlayıb. Ölkə üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR