Bank Of Baku

«Qarant Sığorta Agenti» MMC Maliyyə Nazirliyindən lisenziya alıb

«Qarant Sığorta Agenti» MMC Maliyyə Nazirliyindən lisenziya alıb
# 27 avqust 2009 14:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkəti «Qarant Sığorta Agenti» MMC-nin yaradılması üçün Maliyyə Nazirliyindən müvafiq lisenziya alıb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, MMC-nin əsas məqsədi ölkənin gəncləri üçün sığorta sahəsində müvəffəqiyyətli karyeranın qurulmasında imkanların yaradılmasından ibarətdir. Xatırladaq ki, «Qarant Sığorta» bu ilin iyun ayında «Ən yaxşı agent» kampaniyası çərçivəsində şirkətdə işləmək arzusunda olanlar üçün şərait yaradıb.

Hazırda 200 nəfərə yaxın gənc sığorta işi sahəsində təlimdən keçir və gələcəkdə onlar «Qarant Sığorta Agenti» MMC-nin ştat əməkdaşı olmaq imkanı qazanacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR