Bank Of Baku

«Standard&Poor’s»: Dolların mövqeləri zəifləyir

«Standard&Poor’s»: Dolların mövqeləri zəifləyir
# 27 avqust 2009 15:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ dollarının dünya miqyasında ehtiyat valyutası kimi hökmranlığı yaxın illərdə zəifləyəcək. «APA-Economics»in məlumatına görə, bu bəyanatla «Standard&Poor’s» beynəlxalq reytinq agentliyinin baş iqtisadçısı Devid Uiss çıxış edib.

Sidneydə keçirilən beynəlxalq konfransda çıxış edən D.Uiss bəyan edib ki, «Standard&Poor’s» dolların zəifləyəcəyini proqnozlaşdırır və agentliyin ekspertlərinin fikrincə, dünya ehtiyatlarında dolların payı artıq son illərdəki kimi olmayacaq. «Dollar hələ də ən iri ehtiyat valyutası kimi qalacaq, lakin ölkələrin ehtiyatlarında onun payı hazırkı 90%-dən təxminən 70%-ə qədər düşəcək», - deyə D.Uiss vurğulayıb.

Dünyada əksər dövlətlərin mərkəzi bankları öz valyuta ehtiyatlarını dollarda saxlayır, lakin böhran zamanı Çin, Braziliya, Hindistan və Rusiya kimi ölkələr dəfələrlə bəyan ediblər ki, artıq yeni qlobal valyutanın yaradılması zamanı yetişib.

Qeyd edək ki, dolların ehtiyatlarda olan payının azalması ABŞ valyutasının mövqelərini və bunun nəticəsində dəyərini və digər sərbəst dönərli valyutalara qarşı məzənnəsini azalda bilər. Hazırda yaşanan böhran şəraitində isə müəyyən vaxtlarda ciddi dəyişkənliklərə məruz qalmasına baxmayaraq, dollar hələ də öz mövqelərini qoruyub saxlamaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR