Bank Of Baku

«Paşa Sığorta» şirkətinin daxilolmaları son bir ildə 35% artıb

«Paşa Sığorta» şirkətinin daxilolmaları son bir ildə 35% artıb
# 28 avqust 2009 09:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkətinin sığorta daxilolmalarının həcmi 2009-cu ilin yanvar-iyun aylarında 4 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 35% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta haqlarında əsas artım istiqamətləri «Avtomobil sığortası», «İnşaat-montaj sığortası» və «Tibbi sığorta» növləri olub. Bu müddət ərzində şirkətin cəmi investisiya portfeli 12 mln. manat təşkil edib. Bu ilin yanvar-iyun aylarında şirkətin investisiya fəaliyyətindən əldə etdiyi gəlir 0,63 mln. manata bərabər olub ki, bu da öz növbəsində 2009-cu il üzrə planlaşdırılmış investisiya gəlirlərinin göstəricilərinə uyğundur.

Həmçinin, bu ilin birinci yarısında «Paşa Sığorta»nın sığorta hadisələri üzrə həyata keçirdiyi ödənişlərin həcmi 0,9 mln. manat təşkil edib. Sığorta hadisələri üzrə əsas ödəniş istiqamətləri ənənəvi olaraq «Avtomobil sığortası», «Tibbi sığorta», «Əmlak sığortası», «Həyat və bədbəxt hadisələrdən sığorta» növləri olub.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Kapitallaşma göstəricilərinə görə, «Paşa Sığorta» 9 mln. manat nizamnamə kapitalı və 18,5 mln. manat məcmu aktivlərlə ölkənin aparıcı sığortaçıların ilk beşliyinə daxildir. Hazırda şirkət 30 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR