Bank Of Baku

Latviya Beynəlxalq Valyuta Fondundan 200 mln. avro kredit tranşı ala bilər

Latviya Beynəlxalq Valyuta Fondundan 200 mln. avro kredit tranşı ala bilər
# 28 avqust 2009 09:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurası Latviyanın böhrana qarşı sabitləşdirici proqramının ilk icmalını yekunlaşdırıb. “APA-Economics”in məlumata görə, fondun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, indi Latviya BVF-dan 200 mln. avro miqdarında kredit tranşı ala bilər.

Bu halda fondun Şərqi Avropa ölkələrinə yardım proqramı çərçivəsində Latviyaya ayırdığı kreditlərin məcmu həcmi 790 mln. avroya çatacaq. Ayrılan tranşdan 150 mln. avro dövlət büdcəsinin ehtiyacları üçün nəzərdə tutulub, 50 mln. avro isə maliyyə sisteminin sabitləşməsi üçün ehtiyat kimi saxlanılacaq.

Qeyd edək ki, Avropa İttifaqı böhranla mübarizə üçün Latviyaya cari ilin fevralında 1 mlrd. avro, iyulunda isə 1,2 mlrd. avro miqdarında təcili kredit ayırıb. Aİ tərəfindən Latviyaya nəzərdə tutulan dəstəyin ümumi məbləği 3,1 mlrd. avro təşkil edir ki, bu da öz növbəsində 7,5 mlrd. avro miqdarında olan və 2011-ci ilə qədər nəzərdə tutulan ümumi beynəlxalq maliyyə dəstəyi paketin bir hissəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR