Bank Of Baku

«Paşa Bank» avtomatik mübadilə qurğusunu istifadəyə verib

«Paşa Bank» avtomatik mübadilə qurğusunu istifadəyə verib
# 28 avqust 2009 10:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» Səhmdar Kommersiya Bankında (SKB) yeni «Cash exchange machine» sistemi istifadəyə verilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən hazırda yerli bazarda yeganə olan bu avtomatik mübadilə qurğusu «Şüvəlan-Park» Biznes Mərkəzinin «Paşa Bank»a aid «e-Terminalı»nda yerləşir.

İstifadə üçün əlverişli olan bu qurğu vasitəsilə müştərilər yerli və xarici valyutanın alışı (manat və ABŞ dolları) və satışı (manat, avro və dollar) ilə bağlı bayram və istirahət günləri də daxil olmaqla həftənin bütün günləri əməliyyatlar həyata keçirə biləcəklər.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» SKB 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR