Bank Of Baku

Azərbaycan paytaxtında böhrandan sonrakı dövrdə resursların idarə olunmasına həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

Azərbaycan paytaxtında böhrandan sonrakı dövrdə resursların idarə olunmasına həsr edilmiş beynəlxalq konfrans keçiriləcək
# 28 avqust 2009 12:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Oktyabrın 16-17-də Bakıda «Böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunmasında şəffaflığın rolu» mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Auditorlar Palatasından məlumat verilib.

Auditorlar Palatasının təşkilatçılığı ilə keçiriləcək tədbirdə MDB, Avropa və Asiyanın müxtəlif ölkələrindən nümayəndələr, iqtisadçı ekspertlər iştirak edəcəklər.

Qeyd edək ki, tədbirin öncə 16-17 sentyabr tarixlərində keçirilməsi planlaşdırılsa da, müəyyən texniki məsələlərlə əlaqədar konfrans bir ay sonraya keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR