Bank Of Baku

«AtaSığorta» şirkəti mənfəətini 15% artırıb

«AtaSığorta» şirkəti mənfəətini 15% artırıb
# 28 avqust 2009 13:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkətinin sığorta haqlarının həcmi 2009-cu ilin yanvar-iyul aylarında 1,779 mln. manat, sığorta ödənişlərinin həcmi isə 426,650 min manat təşkil edib.

Şirkətin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin ümumi gəlirləri 3,166 mln. manat, xərcləri 2,252 mln. manat, balans mənfəəti isə 913,686 min manat olub.

Qeyd edək ki, şirkətin bu ilin yanvar-iyul aylarında əldə etdiyi mənfəətin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 15,3% artıb.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin avqust ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 31 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR