Bank Of Baku

«Bank of Azerbaijan» daha bir ödəniş sisteminə qoşulub

«Bank of Azerbaijan» daha bir ödəniş sisteminə qoşulub
# 28 avqust 2009 14:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankı (SKB) Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) vasitəsilə kommunal ödənişlərin qəbuluna başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hazırda bu sistem vasitəsi ilə həm fiziki, həm də hüquqi şəxslər elektrik enerjisi, qaz və su xərclərinin ödənişini həyata keçirə bilərlər.

Müştəri ödənişin aparılması üçün yeni sistemdə qeydiyyatdan keçməlidir. Müştəri qeydiyyatdan keçmək məqsədilə banka müraciət edərək müvafiq kommunal xidmətləri tərəfindən verilmiş abonent kodlarını və şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Qeydiyyatdan keçdikdən sonra müştəriyə bütün abonent kodları üçün vahid bir qeydiyyat kodu göstərilmiş blank veriləcək.

Qeyd edək ki, KÖMİS vasitəsilə kommunal ödənişlər «Bank of Azerbaijan»ın bütün filiallarında qəbul olunur.

Xatırladaq ki, təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 117,086 mln. manat, depozit portfeli 49,990 mln. manat, kredit portfeli 89,549 mln. manat, məcmu kapitalı 20,245 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib.

Bankın respublika üzrə 18 filialı, 23 bankomatı və 106 POS-terminalı fəaliyyət
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR