Bank Of Baku

ABŞ-da problemli bankların sayı artır

ABŞ-da problemli bankların sayı artır
# 28 avqust 2009 14:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin II rübü ərzində ABŞ-da problemli bankların sayı artaraq 416 banka çatıb. «APA-Economics»in məlumatına görə, I rübdə problemli bank statusu alan bank təşkilatlarının sayı 305 təşkil edib.
Depozitlərin Sığortası Federal Korporasiyasının hesablamalarına görə, problemli bankların məcmu aktivləri 299,8 mlrd. dollara bərabər olub.
Qeyd edək ki, Korporasiyanın məlumatına əsasən, II rübdə ABŞ-ın bank sisteminin ümumi zərəri 3,7 mlrd. dollar təşkil edib. Cari ilin əvvəlindən ölkədə 81 bank bağlanıb ki, bu da ötən illərlə müqayisədə kəskin artım deməkdir. Belə ki, ötən il belə bankların sayı 25, 2007-ci ildə isə 3-ə bərabər olub.
Korporasiya tərəfindən 13,5 trln. dollar miqdarında aktivlərə sahib olan 8 246 maliyyə qurumunda depozitlər sığortalanılır. Qeyd edək ki, cari ilin I rübünün yekunlarına görə, Korporasiyanın sığorta fondu 13 mlrd. dollara enib ki, bu da tarixi minimumdur. Müqayisə üçün bildirək ki, 2007-ci ilin sonunda həmin fondun vəsaitləri 52,4 mlrd. dollara bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR