Bank Of Baku

Dünyada ən yüksək maaş Sürix və Cenevrədə verilir

Dünyada ən yüksək maaş Sürix və Cenevrədə verilir
# 28 avqust 2009 14:44 (UTC +04:00)
Bakı – APA-Economics. Dünyada ən yüksək əmək haqqı Sürix və Cenevrə şəhərlərində işləyənlər alır. «APA-Economics»in «Reuters»ə istinadən xəbərinə görə, bu nəticəyə UBS Bank Qrupunun ekspertləri keçirdikləri araşdırmalar zamanı gəliblər.
İsveçrənin adı çəkilən şəhərləri «Price and Earnings» beynəlxalq bank araşdırmasının nəticələrinə əsasən həm də dünyanın ən bahalı 5 şəhəri sırasına daxil olub.
Bu cür tədqiqatlar ildə üç dəfə keçirilir. Onun nəticələri əsasında Yer kürəsinin 73 şəhəri üzrə muzdlu işçilərin alıcılıq qabiliyyəti qiymətləndirilir. Sonda müxtəlif dövlətlərdə və hətta bir ölkədə əmək haqqı və qiymətlər arasındakı ciddi fərqlər aydınlaşır.
Bu il dünyanın ən bahalı şəhəri tituluna Norveçin paytaxtı Oslo layiq görülüb. Qiymətlərdə ən böyük fərqlər Asiyada qeydə alınıb. Məsələn, Yaponiyanın paytaxtı Tokio dünyanın ən bahalı beş şəhəri sırasına daxil olduğu halda, Malayziyanın Kuala-Lumpur şəhəri, Filippinin paytaxtı Manila, Hindistanın Dehli və Bombey ən ucuz şəhərlər kimi qiymətləndirilir.
Amma bu ucuz ölkələrdə, həmçinin Cakarta və Nayrobidə əmək haqqının məbləği dünya üzrə ən aşağı həddədir. Bu rəqəm Sürixdə verilən maaşın 11-15%-i həcmindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR