Bank Of Baku

ABŞ-ın ən yüksək kredit reytinqi təsdiqlənib

ABŞ-ın ən yüksək kredit reytinqi təsdiqlənib
# 29 avqust 2009 07:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Beynəlxalq reytinq agentliyi “Moody’s Investors Service” ABŞ-ın kredit reytinqlərini Aaa səviyyəsində təsdiqləyib. “APA-Economics”in məlumatına görə, agentlikdən bildirilib ki, ABŞ-a ən yüksək olan kredit reytinqi ölkənin dünya maliyyə bazarlarında və ticarətdə aparıcı rolu, Amerika bazarların çeviklik, ticarət və maliyyə rejimlərin açıq olmasına görə verilib.
Agentlik eyni zamanda qeyd edir ki, ABŞ-ın dövlət borcu ÜDM-ə və büdcə gəlirlərinə nisbətlə pisləşir və böhrandan sonra onlar Aaa reytinqinə malik olan digər ölkələrlə müqayisədə daha yüksək olacaq. Lakin borc yükünün artımı hökumət tərəfindən borcun bir hissəsinin maliyyə sektorda səhmlərə və müxtəlif borc alətlərinə sərməyə qoymaqla aktivlərin əldə edilməsinə yönəldilməsi ilə müəyyən dərəcədə tarazlaşdırılır.
Xatırladaq ki, ABŞ-ın dövlət borcu hazırda 11,7 trln. dollara bərabərdir. Proqnozlara görə, cari maliyyə ilində federal büdcənin kəsiri 1,6 trln. dollar, 2009-2010-cu ildə isə 1,4 trln. dollar təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR