Bank Of Baku

Sentyabrın sonunda Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Sentyabrın sonunda Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 31 avqust 2009 07:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sentyabrın 27-dən 29-dək Bakıda Azərbaycan-Pakistan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası keçiriləcək. «APA-Economics»in Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Pakistanın neft və təbii ehtiyatlar naziri Seyid Naved Qamar ilə görüşündə Azərbaycanın bu ölkədəki səfiri Eynulla Mədətli bildirib.

Görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Həmçinin, hökumətlərarası komissiyanın gündəliyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri baş nazirin birinci müavini Yaqub Eyyubov, Pakistan tərəfindən isə bu ölkənin neft və təbii ehtiyatlar naziri Seyid Naved Qamardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR