Bank Of Baku

Azərbaycanda investorlar üçün beynəlxalq sərgi keçiriləcək

Azərbaycanda investorlar üçün beynəlxalq sərgi keçiriləcək
# 31 avqust 2009 08:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin oktyabr ayının 7-də Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) təşkilatçılığı ilə Bakıda investorlar üçün sərgi təşkil olunacaq.

AMA-nın şəbəkə əlaqələndiricisi Vüsalə Qarayevanın «APA-Economics»ə verdiyi məlumata görə, sərgidə yerli və xarici kapitallı bank və qeyri-bank kredit təşkilatları, həmçinin mikromaliyyə təşkilatları da iştirak edəcək.

V.Qarayevanın sözlərinə görə, sərgidə dünyanın ən iri 15 xarici investor təşkilatı, o cümlədən, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), «Planet Finance» (Fransa), «Triple Jump» (Niderland), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və digər təşkilatların nümayəndələrinin iştirakı gözlənilir. Hazırda bu istiqamətdə assosiasiya ilə həmin təşkilatlar arasında danışıqlar aparılır.

V.Qarayeva onu da qeyd edib ki, sərgiyə həmçinin yerli kredit təşkilatlarının 100-ə yaxın nümayəndəsi qatılacaq.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR