Bank Of Baku

«FINCA Azerbaijan» təşkilatının kredit portfeli ilin əvvəlindən 1% azalıb

«FINCA Azerbaijan» təşkilatının kredit portfeli ilin əvvəlindən 1% azalıb
# 31 avqust 2009 09:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatının kredit portfelinin həcmi 2009-cu ilin avqust ayının 1-nə 66,174 mln. ABŞ dolları təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 0,8% azdır.

Təşkilatın xüsusi layihələr üzrə əlaqələndiricisi Zaur Nurməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, kreditlərin 37,323 mln. dolları qruplar üzrə, 28,851 mln. dolları isə fərdi qaydada verilib.

Z.Nurməmmədov bildirib ki, cari ilin əvvəlindən təşkilatın müştərilərinin sayı 0,03% azalaraq 83 789 nəfər təşkil edib ki, bunun da 62 615 nəfəri qrup müştəriləri, 21 174 nəfəri isə fərdi müştərilərdir.

Xatırladaq ki, «FINCA Azerbaijan» qeyri-bank təşkilatı kreditləri həmrəy kredit qruplarına aylıq 2,5-3%, kənd kredit qruplarına 3,5%, fərdi kreditləri isə 2-3%-lə verir.

Təsisçisi ABŞ-ın «FINCA İnternational» təşkilatı olan «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir. Cari ilin avqust ayının 1-nə qurumun nizamnamə kapitalı 5 min dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR