Bank Of Baku

«Azərnəqliyyatbank» yeni pulköçürmə sisteminə qoşulub

«Azərnəqliyyatbank» yeni pulköçürmə sisteminə qoşulub
# 31 avqust 2009 10:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərnəqliyyatbank» Açıq Səhmdar Cəmiyyəti (ASC) «Lider» beynəlxalq pulköçürmə sisteminə qoşulub.

Bankın İdarə Heyətinin sədri Emin Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, bununla da bankın üzv olduğu beynəlxalq pulköçürmə sistemlərinin sayı 3-ə çatıb. E.Məmmədov bildirib ki, artıq müştərilər bankın bütün filiallarında bu sistemin xidmətlərindən yaralana bilərlər. Bu sistem vasitəsi ilə aparılan hər bir əməliyyat üzrə 1-2% məbləğində komissiya haqqı tutulur.

Qeyd edək ki, «Azərnəqliyyatbank» indiyədək həmçinin «Caspian Money Tranfer» və «Western Union» pulköçürmə sistemlərinə də qoşulub.

Xatırladaq ki, «Azərnəqliyyatbank» ASC 1989-cu ildə yaradılıb. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 69,723 mln. manat, bankın depozit portfeli 56,718 mln. manat, kredit portfeli 16,190 mln. manat, məcmu kapitalı 12,716 mln. manat, o cümlədən, nizamnamə kapitalı 10,784 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR