Bank Of Baku

«MBASK» şirkəti sığorta polislərinin on-line satışına başlayıb

«MBASK» şirkəti sığorta polislərinin on-line satışına başlayıb
# 31 avqust 2009 11:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkəti sığorta polislərinin on-line satışı üçün yeni veb sayt (www.mbaskdirect.az) yaradıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «MBASK Direct» on-line sığortalanma sistemi vasitəsi ilə müştərilər sığorta polisinin dəyərini qabaqcadan hesablayaraq, öz ofisindən və ya mənzilindən çıxmadan əldə edə bilərlər.

Şirkətin mütəxəssisləri operativ qaydada bütün zəruri sənədləri hazırlayacaq və onları ən qısa müddətdə birbaşa sifarişdə göstərilən ünvana çatdıracaqlar.

Qeyd edək ki, «MBASK Direct» sistemi vasitəsi ilə müştərilər eyni zamanda sığortalanmanın beş müxtəlif növü üzrə polislər əldə edə bilərlər. Xatırladaq ki, bu sistem Azərbaycanda ilk dəfə tətbiq edilir. Sığorta polisləri üzrə ödəniş bilavasitə müqavilənin çatdırılması zamanı nağd pulla və ya birbaşa layihənin veb-saytında, on-line rejimində («GoldenPay» ödəniş sistemi vasitəsilə) həyata keçirilə bilər.

«MBASK Direct» layihəsinin rəhbəri Rəhman Hacıyevin sözlərinə görə, «MBASK Direct» şirkətin «Sərfəli Sığorta» kampaniyasının məntiqi davamıdır: «Yaxın vaxtlarda şirkətimiz, riteyl spektora aid başqa məhsulları da on-line satışa çıxaracaq».

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər çıxış edir. Cari ilin avqust ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR