Bank Of Baku

Dünya birləşmələr bazarı 15 illik minimuma enib

Dünya birləşmələr bazarı 15 illik minimuma enib
# 31 avqust 2009 13:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya birləşmələr bazarında 2009-cu ilin avqust ayında 72 mlrd. ABŞ dolları həcmində sövdələşmələr bağlanıb. Bu isə 2003-cü ilin fevralından sonra ən zəif aylıq göstəricidir. Bununla yanaşı, həmin həcm 1994-cü ilin avqustundan sonra ən aşağı avqust göstəricisidir. ABŞ-da isə birləşmələr bazarının həcmi avqustda 13 mlrd. dollara bərabər olub ki, bu da 17 illik minimum hesab olunur.

Eyni zamanda səhmlərin ilkin yerləşdirilməsi (İPO) bazarında mütəxəssislər müəyyən dərəcədə sabitliyin müşahidə olunduğunu vurğulayırlar. Avqust ayında bu bazarda həcm 6,6 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki aylarla müqayisədə artımın baş verdiyini göstərir.

Birləşmələr və İPO bazarlarında fəallığın azalması ilk növbədə dünya maliyyə böhranı ilə bağlıdır ki, nəticədə, bir sıra şirkət zərərə məruz qalıb və bu öz növbəsində birləşmələr üzrə sazişlərin təxirə salınmasına və ya ləğv edilməsinə səbəb olub. Qeyd edək ki, təkcə 2009-cu ildə tarixi rekord sayda - 1 309 analoji saziş ləğv edilib. Paralel olaraq birləşmələrin həcm göstəriciləri 2007-ci illə müqayisədə 29% azalaraq 3,28 trln. dollara düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR