Bank Of Baku

Gələn il Tacikistanda 14% iqtisadi artım gözlənilir

Gələn il Tacikistanda 14% iqtisadi artım gözlənilir
# 31 avqust 2009 14:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il Tacikistanda ümumi daxili məhsulun (ÜDM) artım tempinin 14% təşkil edəcəyi proqnozlaşdırılır. «APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu proqnoz Tacikistanın 2010-cu il dövlət büdcəsinin layihəsində əks olunub.

Cari ildə isə Tacikistanda iqtisadi artım tempinin 7% olacağı gözlənilir. Maraqlıdır ki, Beynəlxalq Valyuta Fondu (BVF) ötən il Tacikistanda ÜDM-in 2% artacağını proqnozlaşdırsa da, 2008-ci ildə bu rəqəm faktiki olaraq 7,9%-ə bərabər olub.

Qeyd edək ki, Tacikistan iqtisadiyyatının artımı əsasən ölkəyə göndərilən pul köçürmələrindən asılıdır, bunu da xaricdə yaşayan Tacikistan vətəndaşları təmin edir. Rusiya Mərkəzi Bankının məlumatlarına əsasən, 2009-cu ilin ilk rübündə Rusiyadan Tacikistana yönəldilən pul köçürmələrinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 3 dəfə azalıb (925 mln. ABŞ dollarından 278 mln. dollaradək).

Bununla yanaşı, 2009-cu ilin ilk yarısında MDB ölkələrinin yalnız bir neçəsində ÜDM artımı müşahidə olunub ki, bunların sırasına Özbəkistan (8,2%), Azərbaycan (4,1%) və Tacikistan (3,5%) daxildir.

Dünya Bankının proqnozlarına əsasən, bu ilin sonunda Ermənistan iqtisadiyyatında 12-14% iqtisadi geriləmə gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR