Bank Of Baku

«Moody’s» agentliyi Azərbaycan üzrə illik hesabatını açıqlayıb

«Moody’s» agentliyi Azərbaycan üzrə illik hesabatını açıqlayıb
# 31 avqust 2009 14:45 (UTC +04:00)
Bakı. Elmin İbrahimov – APA-Economics. «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyi Azərbaycana dair hazırladığı illik hesabatını açıqlayıb. «APA-Economics»in məlumatına görə, hesabatda Azərbaycana təyin edilmiş «Ba1» kredit reytinqinin (qeyri-investisiya dərəcələri şkalası üzrə ən yüksək səviyyə) çox yüksək dövlət maliyyə dayanıqlığı və gözlənilməz risklərə kifayət qədər aşağı həssaslığın mövcud olmasına qarşı adambaşına düşən ÜDM həcminin azlığı və zəif institusional potensialı əks etdirir.

«Azərbaycanın qarşısında duran əsas hədəflər ictimai resurslardan səmərəli istifadə, prudensial makroiqtisadi siyasətin işlənməsi və daha güclü suveren təsisatların inkişafı sahələrindədir. Ən vacib olanı isə qeyri-enerji sektorunda rəqabətliliyin zəifləməsinə imkan verməmək və makroiqtisadi stabilliyi təmin etmək məqsədi ilə gələcəkdə ölkəyə daxil olan böyük neft və qaz gəlirlərinin səmərəli idarə edilməsinə nail olmaqdır», - deyə hesabat müəllifi olan agentliyin vitse-presidenti Conatan Şiffer bildirib.

Onun sözlərinə görə, ölkənin iqtisadi özünübərpa qabiliyyəti təkcə ona görə aşağı hesab olunmur ki, orta gəlirlərin aşağı olması qeyri-investisiya dərəcəli ölkələr üçün daha səciyyəvidir, eyni zamanda, Azərbaycan nisbətən kiçik və diversifikasya olunmamış iqtisadiyyatı olan bir ölkədir: «Bu ölkə hökumətinin «çox yüksək» həddə qiymətləndirilən maliyyə gücünə qarşı ziddiyyət təşkil edir. Bundan əlavə, Azərbaycanın iqtisadi artımı son illər ərzində çox yüksək olub - son 6 ildə orta hesabla hər il 20% iqtisadi artım qeydə alınıb. Qlobal likvidlik böhranın başlaması ilə bu artım tempinin daha «normal» səviyyəyə qayıdacağı və 2009-2010-cu illərdə 3-5% olacağı gözlənilir».

Eyni zamanda C.Şiffer hesab edir ki, enerji sektorunun ötən illər ərzində baş verən artımın əsas hərəkət verici qüvvəsi olmasına baxmayaraq, hökumət vergi gəlirlərindən büdcə vasitəsilə iqtisadiyyatın diversifikasiyasını stimullaşdırmaq üçün istifadə edir.

«Daxili tələbatı infrastruktur layihələri vasitəsilə stimullaşdırmaq üçün ötən bir neçə il ərzində göstərilən səylər gözləniləndən aşağı dövlət gəlirləri nəticəsində və milli neft fondunun qorunması məqsədi ilə azaldılıb. Lakin 2009-cu il üzrə bütün əsaslı xərclər proqramları, böyük ehtimalla 2011-ci ilə kimi təxirə salınıb və şübhəsiz, bunun nəticəsi kimi qeyri-neft sektorunun artım templəri əhəmiyyətli dərəcədə azalacaq», - deyə «Moody’s» rəsmisi vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR