Bank Of Baku

Almaniyanın maliyyə naziri: Bankirlər maliyyə böhrana görə cavab verməlidirlər

Almaniyanın maliyyə naziri: Bankirlər maliyyə böhrana görə cavab verməlidirlər
# 31 avqust 2009 15:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bankirlər dünya maliyyə böhranına görə cavab verməlidirlər. “APA-Economics”in AFP-yə istinadən məlumatına görə, bu sensasion bəyanat Almaniyanın maliyyə naziri Pir Ştaynbryukun “G-20” ölkələrinin maliyyə nazirlərinə göndərdiyi məktubda yer alıb.
Almaniyalı nazir maliyyə qurumlarında əməkhaqqı və bonuslar üzrə sərt tənzimləməni, böhran yenidən təkrarlanacağı təqdirdə, bankların müflis olmasını elan etmək qaydalarını işləməyi təklif edib.
Qeyd edək ki, avqustun ortalarında Fransanın maliyyə naziri Kristin Laqard “G-20”nin rəhbərliyinə bankirlərə təminatlı bonusların verilməsini qadağan etməyi təklif edib. Ümumilikdə 2009-cu ildə bir sıra ölkələrin hökumətləri bankların top-menecerlərinə verilən yüksək bonuslarla mübarizəyə başlayıb. Bunun əsas səbəbi ondan ibarətdir ki, həmin banklar hökumətdən maliyyə dəstəyi alaraq, öz rəhbərliklərinə yüksək maaşlar verilməsini dayandırmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR