Bank Of Baku

«Ansar Leasing» ilin sonunadək lizinq portfelini 5 mln. manata çatdıracaq

«Ansar Leasing» ilin sonunadək lizinq portfelini 5 mln. manata çatdıracaq
# 01 sentyabr 2009 08:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda İslam İnkişaf Korporasiyasının (ICD) təsisçiliyi ilə yaradılan «Ansar Leasing» şirkəti 2009-cu ilin sonunadək lizinq portfelini 5 mln. manata çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin baş meneceri Ceyhun Nağıyev bildirib.

J.Nağıyevin sözlərinə görə, artıq sentyabr ayından etibarən şirkət tərəfindən bir neçə layihənin maliyyələşdirməsinə başlayacaq. Bu sıraya emal sənayesi, tibb sektoru, tikinti və digər sahələrdəki investisiya layihələri aiddir.

Qeyd edək ki, «Ansar Leasing» şirkəti 2008-ci ilin dekabr ayında dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı isə 5 mln. manat təşkil edir. Şirkət əsasən maliyyə lizinqi xidmətləri göstərir və fəaliyyətini şəriət qaydalarına uyğun qurur.

Şirkətin maliyyələşdirdiyi lizinqin müddəti 12-72 ay ola bilər, ilkin ödəniş isə 20% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR