Bank Of Baku

«Rabitəbank» son bir ildə mənfəətini 36% artırıb

«Rabitəbank» son bir ildə mənfəətini 36% artırıb
# 01 sentyabr 2009 10:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin iyul ayının 1-nə 83,187 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15,7% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2,2% artaraq 44,727 mln. manata, kredit portfeli 18,8% azalaraq 61,024 mln. manata, o cümlədən, istehlak kreditlərinin həcmi 11,4% azalaraq 20,374 mln. manata çatıb. Eyni zamanda, bankın məcmu kapitalı 3,2% artaraq 12,220 mln. manat, o cümlədən, nizamnamə kapitalı 6,2% artaraq 8,5 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən ilin analoji dövrü ilə müqayisədə bankın gəlirləri 3,4% azalaraq 7,487 mln. manat, xərcləri isə 6,1% azalaraq 6,804 mln. manat olub. Nəticədə, son bir il ərzində bankın mənfəəti 35,5% artaraq 683 min manata çatıb.

Bundan başqa, bank bu dövr ərzində əlavə 3 filial açıb, 2 bankomat və 18 POS-terminal quraşdırıb. Həmçinin, bankın işçilərinin sayı 2% artaraq 309 nəfər, orta aylıq əmək haqqı isə 25,6% artaraq 221 manat olub.

Xatırladaq ki, «Rabitəbank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 20 filialı, 4 mübadilə məntəqəsi, 23 bankomatı və 103 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR