Bank Of Baku

«Bank Standard» «GəncKart» bütün yay boyunca!» kampaniyasının ikinci tirajını keçirib

«Bank Standard» «GəncKart» bütün yay boyunca!» kampaniyasının ikinci tirajını keçirib
# 01 sentyabr 2009 11:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) «GəncKart» bütün yay boyunca!» kampaniyasının ikinci tirajını keçirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tirajının qalibləri R.Paşayev, M.Məmmədov, M.Məmmədova, F.Əsgərli, A.Ağakişibəyova, R.Hüseynova, D.Ziyadxanova, M.Əmirov, E.Nəsirova, A.Həsənov və N.Seyidzadə olublar.

Qaliblər fotoaparat, mobil telefon, musiqi pleyeri, hədiyyə kuponları, əyləncə və idman mərkəzlərinə biletlər və s. müxtəlif uduşlara sahib olub.

Qeyd edək ki, «GəncKart» bütün yay boyunca!» kampaniyası daha iki ay davam edəcək. Kampaniyaya indiyədək qoşulmayan «GəncKart» sahibləri 2009-cu ilin sentyabr ayının sonunda keçiriləcək sonuncu tirajlarda iştirak edə bilərlər.

Xatırladaq ki, «GəncKart»dan POS-terminal vasitəsilə edilən ödənişlərin hər 10 manatı (və ya dolları) həmin kartın sahibinə bir lotereya şansı verir.

«AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 17 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR