Bank Of Baku

«Paşa Bank» son bir ildə depozit portfelini 2,6 dəfə genişləndirib

«Paşa Bank» son bir ildə depozit portfelini 2,6 dəfə genişləndirib
# 01 sentyabr 2009 12:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin iyul ayının 1-nə 246,967 mln. manat təşkil edib ki, bu da ötən ilin iyulun 1-nə olan analoji göstəricidən 65,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2,6 dəfə genişlənərək 113,438 mln. manata, kredit portfeli 2,1 dəfə artaraq 76,563 mln. manata, o cümlədən, istehlak kreditlərinin həcmi 0,614 mln. manata çatıb. Həmçinin, bu müddət ərzində bankın məcmu kapitalı təxminən 12,5% artaraq 113,438 mln. manat, o cümlədən, nizamnamə kapitalı sabit qalaraq 100 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə bankın gəlirləri 2,7 dəfə artaraq 12,392 mln. manat, xərcləri isə 3,8 dəfə artaraq 6,383 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir il ərzində 2 dəfə artaraq 6,008 mln. manat təşkil edib.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın işçilərinin sayı 90 nəfər təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR